Mövqeləndirmə metodları haqqında
Xəitələr GPS və ya A-GPS-dən istifadə edərək xəritədə sizin mövqeyinizi əks etdirir.
Qlobal Mövqeləndirmə Sistemi (GPS) yerinizi müəyyən etmək üçün pekdən
yönləndirmə sistemidir. Yardımçı GPS (A-GPS) GPS mövqeyinin sürətini və dəqiqliyini
təkinləşdirmək üçün yerli şəbəkə məlumatını istifadə edən şəbəkə xidmətidir.
A-GPS məlumatının yüklənməsi şəbəkə xidməti provayderinizin şəbəkəsi vasitəsilə
məlumat köçürülməsini əhatə edir. Roaminq vəziyyətində olanda, bu, sizin xidmət
provayderi şəbəkənizdən kənarda olur, məlumat köçürülməsi rüsumları gözləniləndən
yüksək ola bilər. Buna görə, standart olaraq, A-GPS roaminqdə olarkən istifadə edilmir,
lakin bu, o deməkdir ki, sizin yerinizi müəyyən etmək A-GPS-in istifadəsinə nisbətən
daha çox vaxt ala bilər.
Roaminqdə olarkən A-GPS-in istifadəsinə imkan vermək üçün
Menyu
>
Parametrlər
>
Bağlana bilmə
>
GPS
>
İntern. tər. dəst. GPS
seçin. Məlumat
köçürlüməsi rüsumları haqqında məlumat üçün xidmət provayderiniz ilə əlaqə qurun.
GPS sistemi (Naviqasiya və yerin müəyyən edilməsi üzrə Qlobal Sistem) - bu sistemin
dəqiqliyi və saxlanılması üzrə yeganə məsul olan Birləşmiş Ştatlar Höküməti tərəfindən
idarə edilir. Yerləşdirmə ilə bağlı məlumatın dəqiqliyi ABŞ höküməti tərəfindən GPS-ə
quraşdırılan peyklərdən asılıdır və ABŞ Müdafiə Departamentinin mülki GPS
strategiyasına və Federal Radionaviqasiya Planına uyğun olaraq dəyişdirilə bilər.
Dəqiqliyə həmçinin zəif peyk həndəsəsi də təsir edə bilər. GPS siqnallarının
mövcudluğu və keyfiyyəti binalardan və təbii müdaxilələrdən, həmçinin hava
şəraitindən asılı ola bilər. GPS siqnalları binaların daxilində və ya metroda mövcud
olmaya bilər və beton və metal kimi materiallara görə zəifləyə bilər.
GPS yerin dəqiq ölçülməsi üçün istifadə edilməməlidir və siz yalnızca yerləşdirmə
məlumatı və naviqasiya ilə bağlı GPS qəbuledicisi və mobil radio şəbəkəsindən alınan
məlumata etibar etməməlisiniz.
Xəritələr
27
Məsafəni ölçən məhdud dəqiqliyə malikdir və yuvarlaqlanmada səhvlərin yaranması
mümkündür. Dəqiqliyə GPS siqnallarının mövcudluğu və keyfiyyəti də təsir edə bilər.