Nokia 2710 classic - Sizin cihaz haqqında

background image

Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz (E)GSM 850, 900, 1800 və 1900 MHz şəbəkələri-da istifadə üçün təsdiq edilmişdir.

Şəbəkə haqqında daha ətraflı məlumat əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Cihazınızda üçüncü tərəf internet saytları üçün əvvəlcədən qurulan əlfəcinlər və bəndlər ola bilər və sizə üçüncü tərəf saytlara

daxil olmağa imkan verə bilər. Bunlar Nokianın himayəsində deyil və Nokia onlara görə məsuliyyət daşımır. Əgər siz belə

saytlara daxil olsanız, təhlükəsizlik və ya tərkib üçün ehtiyat tədbirlərini həyata keçirin.

Xəbərdarlıq:

Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi üçün telefon işə salınmalıdır. Simsiz cihaz maneə və ya

təhlükə törədə biləcəyi hallarda telefonu işə salmayın.

Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin

şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng siqnalları

melodiyalarının və digər məzmunlu funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.

Cihazınızın yaddaşında saxladığınız bütün zəruri məlumatın ehtiyat nüsxəsini çıxarın və ya yazılı qeyd edin.

Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün onun istifadə təlimatını oxuyun. Uyğun olmayan

məhsulları qoşmayın.

32

Məhsul və təhlükəsizlik üzrə məlumat

background image

Bu təlimatlardakı şəkillər cihazınızın ekranındakından fərqli ola bilər.

Cihazınız haqqında digər mühüm məlumatları bilmək üçün istifadəçinin təlimatlarına müraciət edin.