microSD kartın daxiledilməsi
Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan microSD kartları
istifadə edin. Nokia yaddaş kartları üçün təsdiqlənmiş sənaye standartlarından istifadə
edir, amma bəzi kart modelləri bu cihaza tam uyğun olmaya da bilər. Uyğun olmayan
yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda
saxlanılan məlumat pozula bilər.
Dəstək
5
Telefonunuz 16 GB qədər yaddaş həcmi ilə microSD kartlarını dəstəkləyir.
Cihaz ilə uyğun yaddaş kartı təchiz oluna bilər və artıq cihazda yerləşdirilmiş ola bilər.
Əgər bu belə deyilsə, aşağıdakıları edin:
1 Yaddaş kartı slotunun örtüyünü açın.
2 Kartı kontakt səthinin üzüyuxarı şəkildə yaddaş kartı slotuna daxil edin və yerinə
möhkəm bağlacağına qədər basın.
3 Yaddaş kartı slotunun örtüyünü bağlayın.